Ana səhifə
Haqqımızda

Haqqımızda

Baltikyanı ölkələr dünya bazarında qida məhsullarının tanınmış ixracatçılarıdır. Baltikyanı ölkələrdən keyfiyyətli süd və ət məhsullarının, alkoqollu içkilərin və hətta çörək-bulka məmulatlarının çoxlarımızın yaddaşında unudulmaz dadı qalıb!

PRIBALTIKA Gastronomy - Baltikyanı məhsulların diqqətlə seçilmiş çeşidini təklif edən ərzaq mağazaları şəbəkəsidir. Yalnız bizdə siz hətta ən təcrübəli qurmanın ehtiyaclarını qarşılaya bilən ən faydalı delikateslər tapacaqsınız!

Şirkətin dəyişməz prioriteti alıcılarımıza təklif olunan məhsulun ən yüksək keyfiyyətidir. Məhz buna görə də biz məhsulun istehsalının, saxlanmasının və nəqlinin bütün mərhələlərində yalnız Avropa keyfiyyətə nəzarət sistemini tətbiq edən ixtisaslı istehsalçılar və sınanmış tədarükçülərlə əməkdaşlıq edirik.

Pribaltika MMC Baltikyanı ölkələrdən və digər Avropa ölkələrindən birbaşa qida məhsullarının tədarükçüsü və rəsmi idxalçısıdır. Bizim qastronomlarda təqdim olunan malın böyük bir hissəsi xüsusi olaraq bizim mağazalar üçün Azərbaycana idxal olunan məhsuldur. Onun müəyyən hissəsi isə şirkətimizin resepti və sifarişi ilə istehsal edilir və yalnız bizim qastronomlarda satılır.

Hər bir mərhələ - sifarişin formalaşdırılmasından, məhsulun yüklənməsindən, onun daşınmasından və bizim rəflərə çatdırılmasınadək, Pribaltika MMC komandasının dəqiq nəzarəti və effektiv menecment vasitəsilə nəzarət olunur.

PRIBALTIKA Gastronomy sizi təkcə gözəl çeşidlə deyil, həm də mağazanın nəfis interyeri ilə sevindirəcək, bizim satıcılar isə sizi maraqlandıran məhsul haqqında tam məlumat verməyə həmişə hazırdırlar.

PRIBALTIKA Gastronomy bu pərakəndə satış sənayesində müəyyən bir trend yaradır. Yüksək səviyyəli xidmət, hər bir müştəriyə fərdi yanaşma, qeyri-adi interyer - bütün bunlar alış-veriş prosesini əsl həzzə çevirəcək!